Nokia 2220 slide - Cihazınızı qoruyun

background image

bilər.

Məhsul və təhlükəsizlik üzrə məlumat

27

background image

Cihazı yüksək və ya soyuq temperaturda saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısalda,

batareyaları zədələyə və müəyyən plastik hissələri əyə və ya əridə bilər. Cihaz soyuq temperaturdan normal temperatura

qayıtdıqda cihazın içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.

Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.

Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika

elementlərini qıra bilər.

Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə

etməyin. Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.

Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.

Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların

və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların

pozulmasına səbəb ola bilər.

Batareyanı bağlı otaqda doldurun.

Saxlamaq istədiyiniz kontaktlar və təqvim qeydləri kimi məlumatın ehtiyat nüsxəsini çıxarın.

Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, adapterə və ya hər hansı aksessuara şamil

edilir.