Mətn mesajları
Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki
və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş
tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri
daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını
məhdudlaşdırır.
Qalan simvolların ümumi sayı və göndərmək üçün lazım olan mesaj sayı göstərilir.
12
Menyularda əməliyyatlar keçirin
Mesajları göndərmək üçün aparatınızda düzgün mesaj mərkəzinizin nömrəsi
saxlanılmalıdır. Adətən bu nömrə avtomatik olaraq SIM kartınız vasitəsilə quraşdırılır.
Nömrəni əl rejimində quraşdırmaq üçün
Menyu
>
Mesajlar
>
Mesaj parametrləri
>
Mətn mesajları
>
Mesaj mərkəzləri
>
Mərkəz əlavə et
bölmələrini seçin, və xidmət
təminatçınızdan alınan adı və nömrəni daxil edin.